Filippində 6,2 bal gücündə zəlzələ olub
Far.Az xəbər saytı

Filippində 6,2 bal gücündə zəlzələ olub


Filippinin cənubundakı Mindanao bölgəsində İndoneziyanın Şimali Sulavesi əyalətinə bağlı Talaud adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Far.Az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Mindanaodakı Pondaguitan bölgəsinin 269 kilometr yaxınlığında, Talaud adalarında olub. Zəlzələ təxminən 117 kilometr dərinlikdə baş verib.

İndiyədək hadisə nəticəsində xəsarət alan və ya ölənlərlə bağlı məlumat verilməyib. Eyni zamanda, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq da edilməyib.

Qeyd edək ki, Filippin dünyada seysmik aktivliyin ən çox qeydə alındığı ölkələrdən biridir və "sakit okean atəş dairəsi" adlandırılan zonada yerləşir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Filippinin şimalında güclü zəlzələ olub
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər