Britaniyalı qadın məmur əlavə iş olaraq porno saytda çalışırmış
Böyük Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin rəsmisinin işdən sonra porno saytla əməkdaşlıq etdiyi üzə çıxıb.
Far.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Keti" təxəllüsü ilə tanınan qadın abunəçilərin müxtəlif istəklərini yerinə yetirərək çılpaq şəkildə yayımlar edir.
Onun profilində yazılıb ki, o, ingilisdir, 40 yaşı var və "Bütün söhbətlərə, rol oyunlarına və striptizə" hazırdır.
Eyni zamanda qadın nazirlikdə çalışaraq evindən vətəndaşların zənglərinə cavab verir. Porno yayımlardan birində o, Əmək Nazirliyinə zəng etmiş şəxsin sualını cavablandırarkən ifşa olunub. Başqa bir videoda isə qadın hökumətin pensiyaçıların yanacaq üçün aldıqları yardımı azaltdığından şikayətlənib.
Abunəçilərdən biri "Keti"dən porno saytda qazanc əldə etdiyinə görə utanıb-utanmadığını soruşub. O isə cavabında bildirib ki, utanmır, çünki dövlət qulluğunda aldıqları maaş çox azdır. Nazirlik bu barədə məlumat əldə etdikdən sonra məsələni araşdırmağa başladıqlarını açıqlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













