Uzunömürlülük üçün beş gündəlik vərdiş açıqlanıb
Həkim Qeri Smoll uzunömürlülüyü təmin edən beş gündəlik vərdişi açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, bu vərdişləri "El Confidencial" nəşrinə müsahibəsində sadalayıb.
Smollun sözlərinə görə, uzunömürlülüyün sirrlərindən biri optimist ruh halıdır. Optimist insanların psixi və fiziki sağlamlığı digərlərinə nisbətən daha yaxşı olur. Həkimin fikrincə, müsbət əhval-ruhiyyə immun sistemini də gücləndirir və bu da orqanizmin müxtəlif infeksiyalarla daha effektiv mübarizə aparmasına kömək edir.
Bundan əlavə, Smoll gündəlik fiziki aktivliyin vacibliyini vurğulayıb. O bildirib ki, bu, qan dövranını yaxşılaşdırır, endorfin səviyyəsini artırır və ürək-damar sistemini möhkəmləndirir. Həkim həmçinin qidalanma rejiminə yenidən baxmağı tövsiyə edib: meyvə və tərəvəzləri menyuya daxil etmək, şəkər və yüksək dərəcədə emal olunmuş məhsullardan isə uzaq durmaq lazımdır.
Nəhayət, mütəxəssis mütəmadi olaraq tibbi müayinədən keçməyi və stressdən uzaq durmağı tövsiyə edib. Onun fikrincə, stresslə mübarizədə meditasiya faydalı ola bilər.
Qeyd edək ki, bundan əvvəl geriatriya üzrə mütəxəssis Yelena Pavlova bəzi məhsulların oynaq sağlamlığına mənfi təsir etdiyini bildirmişdi. Onun sözlərinə görə, hisə verilmiş məhsullar orqanizmdə ödemlərin yaranmasına səbəb ola bilər.
Oxşar xəbərlər
Yeni toy mövsümü başladı: 450 manata da menyu var - QİYMƏTLƏR
Yazın "superqida"sı: - Bu meyvə və tərəvəzləri süfrənizdən əskik etməyin!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
100-ə qədər yaşayan insanlar hansı qidaları yeyirlər: TOP-10
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













