Paytaxtda daha bir avtomobil qəzası: İşıqfor yararsız hala düşdü
Paytaxtda bir çox işıqforlar yol-nəqliyyat hadisələri zamanı istifadəyə yararsız hala düşüb.
Far.Az xəbər verir ki, baş verən yol-nəqliyyat hadisələri təkcə nəqliyyat sıxlığının yaranması ilə nəticələnmir, bu qəzalar həm də svetoforları yararsız hala salır. Bu vəziyyətdən isə yol hərəkəti iştirakçıları əziyyət çəkməli olurlar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov sosial şəbəkədə paylaşım edib.
O həmin qəzalardan birinin görüntüsünü yayıb və sözlərinə belə davam edib:
"Gecə saatlarında Nəsimi rayonu, Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində növbəti dəfə svetofor yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən piyada və sürücülərin təhlükəsizliyini təmin etmək üçün qısa müddət ərzində sıradan çıxan svetofor dirəyi yenisi ilə əvəz olunub".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













