Vatikan qalmaqalla gündəmdə: Məhkum kardinal papa seçkilərində iştirak etmək istəyir
Far.Az xəbər saytı

Vatikan qalmaqalla gündəmdə: Məhkum kardinal papa seçkilərində iştirak etmək istəyir


Vatikanın mali qalmaqalında adı hallanan Kardinal Covanni Ancelo Beççu Papa seçkilərində iştirak etmək niyyətindədir.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, 2023-cü ildə vəsait mənimsəməyə görə 5,5 il həbs cəzası alan Beççu məhkəmə qərarından apellyasiya verib və hazırda Vatikan ərazisində yaşayır.

Qeyd edək ki, 2020-ci ildə Papa Fransisk onun kardinal səlahiyyətlərini əlindən almışdı. Buna baxmayaraq Beççu bildirib ki, rəsmi olaraq istefa tələb olunmayıb və o, konklavda (Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı) iştirak etməyə hüququnun olduğunu düşünür.

Vatikan hələlik onun səsvermə hüququ olmadığını açıqlasa da, son qərar Kardinallar Kollecinin rəhbərliyinə aiddir. 76 yaşlı Beççu yaş məhdudiyyətinə görə seçkilərə qatılmaq hüququna malikdir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Yeni Roma Papası kim ola bilər?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vatikan diplomatı: "Roma Papasını daim Lukaşenkonun işləri ilə maraqlanır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər