Üç yaşlı qızının gözü qarşısında arvadını öldürənlə bağlı qərar verildi
Xırdalan şəhərində həyat yoldaşı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə ittiham edilən Laçın Əhmədağayevin barəsində hökmdən verilmiş şikayətə baxılıb.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, hökmdən narazı qalan və apellyasiya şikayəti verən Laçın Əhmədağayev barəsində ən aşağı həddə cəza təyin olunmasının istəyib.
Zərərçəkmiş Sevinc Əhmədağayevanın hüquqi varisi də apellyasiya şikayəti verib. O, Laçın Əhmədağayevin ömürlük azadlıqdan məhrum olunmasını tələb edib.
Hər iki tərəfin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Tərəflərin şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Əhmədağayev 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İttihama görə, Laçın Əhmədağayev 2017-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Sevincin son iki il ərzində ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib. Buna görə 28 aprel 2024-cü ildə yaşadıqları Xırdalan şəhərindəki evdə gün ərzində bir neçə dəfə həyat yoldaşı ilə mübahisə edib. Saat 21 radələrində növbəti mübahisə zamanı Sevincin ona aqressiv cavab verməsi səbəbindən xəyanət şübhələrinin əsaslı olması qənaətinə gəlib.
Mətbəxdən bıçaq götürən Laçın Əhmədağayev qonaq otağında dayanmış Sevincə yaxınlaşaraq ona zərbələr vurub. 32 bıçaq xəsarəti alan qadın hadisə yerində ölüb.
Qətl hadisəsi Sevinc Əhmədovanın üç yaşlı qızının gözləri qarşısında törədilib.
İstintaq orqanı tərəfindən Laçın Əhmədağayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Xırdalanda azyaşlı övladının gözü önündə arvadını öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













