Masallıda 5 yaşayış məntəqəsinin yollarının yenidən qurulmasına başlanılıb
Far.Az xəbər saytı

Masallıda 5 yaşayış məntəqəsinin yollarının yenidən qurulmasına başlanılıb


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Masallı rayonunda uzunluğu 23 km olan Xıl-Sirəbil-Çayqıraq-Molalan-Allahyarlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlayıb. 

Far.Az agentliyə istinadən xəbər verir ki, yolun yenidən qurulmasında məqsəd yolboyu yaşayan əhalinin gediş-gəlişini, yük-sərnişin daşımasını asanlaşdırmaqdır.

Layihəyə uyğun olaraq yenidənqurma işləri  texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur.  

Tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan işlər çərçivəsində əsasən yararsız asfalt, torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun qurulur.

"İnşaat Norma və Qaydaları"na əsasən hazırda yolda torpaq işləri, yol yatağının genişləndirilməsi və suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə üzrə zəruri yerlərdə mövcud körpülərinin təmiri və tikinitisi də nəzərdə tutulub.

Layihənin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə yol müasir görkəmdə istifadəyə veriləcək. 

Oxşar xəbərlər

Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
Göyçayda 9 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər