Hindistanla Pakistan arasında gərginlik pik həddə çatıb
Far.Az xəbər saytı

Hindistanla Pakistan arasında gərginlik pik həddə çatıb


Hindistan və Pakistan arasında vəziyyət yenidən gərginləşib. Hindistan ordusunun məlumatına görə, ötən axşam Pakistan tərəfindən sərhəd postlarına atəş açılıb. Hindistan hərbçiləri isə bu təxribatlara cavab olaraq qarşı tərəfi atəşə tutublar.

Far.Az tvc.ru-ya istinadən xəbər verir ki, Hindistanın şimalında baş verən digər bir hadisədə, turistlərə hücumda şübhəli bilinən şəxslərin yaşadığı iki ev partladılıb. Sosial mediada yayılan görüntülərdən görünür ki, binalar tamamilə dağılıb.

Aprelin 22-də Cammu və Kəşmir bölgəsində yerləşən məşhur dağ kurortu Pahalqamda istirahət edən turistlərə silahlı hücum olub. Hücum edənlər hadisə yerindən qaçmağı bacarıb. Hindistan hakimiyyəti bu terror aktında Pakistan xüsusi xidmət orqanlarını ittiham edir və İslam Respublikasına qarşı bir sıra sərt tədbirlər həyata keçirib. Belə ki, Pakistanın hərbi attaşeləri ölkədən çıxarılıb, viza verilməsi dayandırılıb, sərhəddəki tranzit keçid məntəqəsi bağlanıb və Hind çayının Pakistan istiqamətindəki axarının qarşısı kəsilib.

Cavab olaraq, Pakistan Hindistanla bütün ticarət əlaqələrini dayandırıb və xəbərdarlıq edib ki, Hind çayının axarının dəyişdirilməsi və ya qarşısının alınması müharibə aktı kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı ifşa edildi
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər