Bakıda qəribə HADİSƏ - Bacısının ərini bıçaqlayan şəxs hadisəni xatırlamır
Bakıda bacısının ərini bıçaqlayan şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı hər iki şəxs sərxoş olub. Maraqlıdır ki, hər iki şəxs o dərəcədə sərxoş olub ki, davanın hansı səbəbdən baş verdiyini xatırlamır.
Far.Az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən Vüqarla bıçaqlanan Zaur qohum olublar. Həm də Zaur Vüqarın bacısının əridir. Onlar birlikdə usta kimi mənzil təmiri ilə məşğul olublar.
Qohumlar arasındakı dava elə işlədikləri mənzildə baş verib. Onlar işdən sonra ev sahibi ilə süfrə arxasına əyləşiblər. Yeyib-içəndən sonra aralarında mübahisə yaranıb.
Maraqlıdır ki, heç biri hadisənin hansı səbəbə görə baş verdiyini xatırlamır. Çünki həddən çox spirtli içki içiblər və özlərində olmayıblar. Vüqar yalnız bıçağı yerə atdığını xatırlayıb. Zaur isə xəstəxanada gözünü açanda bıçaqlandığını bilib.
Zaur Vüqardan şikayətçi olmayıb. Hər ikisi hadisəyə görə peşman olduğunu deyib.
Qəsdən sağlamlığa ağır zərərvurmada ittiham olunan Vüqar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda dəhşət: 15 il əvvəl anasını öldürmüşdü, həbsdən çıxıb bacısını qətlə yetirdi - TƏFƏRRÜAT
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













