Bəndər Abbasdakı partlayışda ölənlərin sayı 25-ə çatıb
Far.Az xəbər saytı

Bəndər Abbasdakı partlayışda ölənlərin sayı 25-ə çatıb


İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Bu barədə"Fars News" agentliyi məlumat yayıb.

İranın daxili işlər naziri İskəndər Momeni bildirib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.

***10:46

İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.

Bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.

"Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb", – hökumət sözçüsü bildirib.

***10:20

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Bildirilir ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.

Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.

"The New York Times" yazır ki, Şəhid Rəcai limanında baş verən partlayışa səbəb bərk raket yanacağında istifadə edilən natrium perklorat ola bilər. Mənbə bu maddənin partlamasına nəyin səbəb ola biləcəyini dəqiqləşdirməyib.

Oxşar xəbərlər

Bəndər Abbasdakı partlayışda 18 nəfər ölüb, 1139 yaralı var
İranda limanda baş verən partlayışda xəsarət alanların sayı 400 nəfəri keçib
İranda limanda partlayışlar davam edir: Ölən və yaralananların sayı artdı
İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər