II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın "Arzu" adlı solo konserti olub. Opera müğənnisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri və bəstəkar Eldar Həsənovun musiqisi əsasında hazırlanmış əsərləri ifa edib.
Far.Az xəbər verir ki, tədbir "Sənət" Uşaq Musiqi və İncəsənət Mərkəzində baş tutub. Konsertdə şeirlərin müəllifi Leyla Əliyeva iştirak edib.
Vokal əsərləri balet artistlərinin iştirakı ilə xoreoqrafik nömrələrlə müşayiət olunub. Konsertdə "Səni niyə belə sevirəm", "Bir söz söylə", "Payız", "Yay gecəsində", "Arzu", "Sehrli qala" şeirləri və müəllifin digər əsərləri əsasında romanslar səsləndirilib.
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilir. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası istedadların iştirakı ilə konsertlər təşkil olunur.
Qalereya
Oxşar xəbərlər
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Səhnəmizin ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür
Xankəndidə ilk solo konsert keçirilib - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













