Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
Far.Az xəbər saytı

Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib


Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkillər müvəkkilləri Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.

Vəsatət təmin edilməyib və proses mayın 23-nə təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il, Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər