3 uşaq anası qayınatasına ağır söz dediyi üçün ÖLDÜRÜLÜBMÜŞ - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

3 uşaq anası qayınatasına ağır söz dediyi üçün ÖLDÜRÜLÜBMÜŞ - TƏFƏRRÜAT


Bakıda 32 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib. Şübhəli kimi qayınatası saxlanılıb.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Nərimanov küçəsi, 62 ünvanında evin gəlini Dürdanə Əliyeva aldığı xəsarətdən ölüb.

Qadının meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Gəlinini öldürməkdə şübhəli bilinən Ağəli Əliyevin əmisi oğlu Kazım Əliyev bildirib ki, cinayəti törədən A.Əliyev namaz qılan, sakit insan idi. Mərhumun isə 3 azyaşlı övladı var imiş.

Cinayət hadisəsi isə gəlinin qayınatasına ağır ifadə işlətməsinə görə baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Ağaəli Əliyev barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər