Evdə saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlandı
Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında AQTA-nın və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib.
Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik "Banketnaya Yubiley", 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik "Organic Line", 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik "Banketnaya", 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik "Старый Доктор" əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb
Naxçıvanda bir sıra dönərxanalarda nöqsanlar aşkarlanıb
Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı ifşa edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Azərbaycan Prezidenti: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib













