Bu gün Xalq şairi Musa Yaqubun doğum günüdür
Bu gün Xalq şairi Musa Yaqubun doğum günüdür.
Far.Az xatırladır ki, Musa Səfiməmməd oğlu Yaqubov 1937-ci il may ayının 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.
Musa Yaqub Göyçay pedaqoji məktəbini bitirdikdən sonra, 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində, 1958-1967-ci illərdə isə Buynuz kənd ibtidai məktəbində müəllim işləyib.
1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.
Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında Bədii ədəbiyyatın təbliği bürosunda direktor müavini, 1974-1978-ci illərdə "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.
"Yarpaqlar oxuyur" (1966), "Bu məhəbbət yaşadır məni" (1966, 1970), "Mənim kainatım" (1973), "Üzü bəri baxan dağlar" (1977), "Yaxşı ki, sən varsan" (1979), "Bir sim üstə" (1983), "İki qəlbin işığı" (1985), "Mənim sevgi taleyim" (1988), "Ürəyimdə yerin qaldı" (1992), "Nanə yarpağı" (1996), "Payızdan yaza yol varmı" (1999), "Ruhumla söhbət" (2000), "Bu dünyanın qara daşı göyərməz" (2007), "Dövrün dəyirmanı" (2012) şeirlər və poemalar kitablarının müəllifidir.
Musa Yaqub 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adına layiq görülüb.
Xalq şairi Musa Yaqub 2021-ci il may ayının 7-də vəfat edib, doğulduğu Buynuz kəndində dəfn edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Bu gün Dünya Poeziya Günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













