Tünzalə Ağayeva "ADA"da münsif oldu
ADA Universitetində "Adavision" adlı mahnı müsabiqəsi baş tutub.
Far.Az xəbər verir ki, tədbirdə Xalq artisti Tünzalə Ağayeva münsif kürsüsündə əyləşib.
Musiqi sahəsindəki dərin və zəngin biliyi, sənətkar baxışı ilə seçilən pop ulduz yarışmada bir-birindən istedadlı iştirakçıların çıxışlarını qiymətləndirib. Səsvermədən sonra çıxışlar təqdim olunub.
İfaçı tələbələr üçün "Bir də baxım" hitini ifa edib.
Səhnədə onu "Tünzalə dance group" rəqs qrupu müşayiət edib. Yarışma üçün xüsusi hazırlaşan sevilən müğənni çəhrayı dəst geyinib. Zövqlü "look"un müəllifi gürcü dizayner Mariam Tartaşvilidir.
Xalq artistinin makiyajı və saç düzümü vjzajist Günay Mustafaya, styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.
Qeyd edək ki, sözügedən yarışmada münsif qismində Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Manana Caparidze, "Avroviziya" qalibi Eldar Qasımov , müğənni Zamiq Hüseynov və reper Orxan Zeynallı əyləşib.
Qalereya
Oxşar xəbərlər
Saç tökülməsini dayandırmağın YOLLARI
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Tünzalə Ağayevanın Naxçıvan konsertindən GÖRÜNTÜLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













