Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub
Far.Az xəbər saytı

Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub


Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, yanğın zamanı kənd sakini 56 yaşlı Şirinov Sahib Mikayıl oğluna məxsus ümumi sahəsi 300 kv metr olan talvarın yanar konstruksiyaları, talvarında dayanmış "FORD" markalı tranzit yük maşını, eləcə də həyətdə olan 200 kv metr olan tövlə və onun içərisindəki elektrik generatoru yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alov söndürülüb və genişlənməsinin qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İsmət Piriyev dəfn edilib - YENİLƏNİB
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər