Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar
Far.Az xəbər saytı

Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar


Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar.

Far.Az report-a istinadən xəbər verir ki, muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.

Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda Maliyyə Forumu keçirilib - YENİLƏNİB
Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub
Şərurda evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər