Nazirdən yeni TƏYİNAT
Far.Az xəbər saytı

Nazirdən yeni TƏYİNAT


General-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi, daxili xidmət mayoru Şahmalı Əhmədova həvalə olunub.

Qeyd edək ki, Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Aqil Ağayev öz vəzifəsində qalır.

*** 11:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Far.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə polkovnik-leytenant Aqil Ağayev vəzifəsindən azad olunaraq, paytaxtda yanğın bölmələrinin birinin rəisi təyin olunub.

Kəmaləddin Heydərovun digər əmri ilə Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi daxili xidmət mayoru Şahmalı Əhmədov Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, vəzifəsi hissə rəisindən bölmə rəisinə endirilən Aqil Ağayev ötən ilin avqust ayında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu.

Oxşar xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər öz xahişləri işdən azad edilmə ərizəsini yazsınlar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər