Telefonla bank məlumatlarınızla bağlı sualları cavablandırmayın, təhlükə var
Far.Az xəbər saytı

Telefonla bank məlumatlarınızla bağlı sualları cavablandırmayın, təhlükə var


"Telefonla bank məlumatlarınızla bağlı sualları cavablandırmayın, təhlükə var".

Far.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 12-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3500, 2000, 1457, 1000, 320, 180, 150, 93, 93, 39 manat və 31 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", məlumatda deyilir.

Oxşar xəbərlər

Ötən gün vətəndaşların bank kartlarından 36 min manatdan çox pul kiber üsulla oğurlanıb
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox vəsait kiber üsulla oğurlanıb
Son bir gündə vətəndaşların bank kartlarından 21 394 manat oğurlanıb
Vətəndaşların bank kartlarından ötən gün 31 min manat oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər