Qurban Qurbanov: Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər
Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər.
"Far.Az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis sabah vacib oyuna çıxacaqlarını bildirib:
"Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Qurban Qurbanov: "Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq"
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













