"Kurtlar Vadisi"nin "Kılıç"ı illər sonra görüntüləndi - Hazırda 80 yaşı var
Far.Az xəbər saytı

"Kurtlar Vadisi"nin "Kılıç"ı illər sonra görüntüləndi - Hazırda 80 yaşı var


"Kurtlar Vadisi" serialının "Kılıç"ı Atilla Olqaç illər sonra görüntülənib. 

BAKU.WS xəbər verir ki, o İstanbulun Nişantaşı səmitində qızı ilə birlikdə kameralara tuş gəlib. 

80 yaşlı aktyorun ağarmış saç və saqqalı və tamamilə dəyişən xarici görünüşü izləyiciləri təəccübləndirib.

"Kurtlar Vadisi"ndən danışan Atilla "20 il keçib, hələ də tanıyırlar…" deyə bildirib.

"İnanın, necə bu qədər sevilmişəm, özüm də anlamıram. Üstündən 20 il keçib, amma hələ də təkcə burada yox, xaricdə belə insanlar yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Gənclər gəlir, mən də deyirəm ki, "siz o vaxt hələ uşaq idiniz". Deyirlər ki, "CD-lə izləmişik". Bu serial kimi ikinci bir layihə gəlməz və gəlməyəcək də..." - deyə o, vurğulayıb. 

Qeyd edək ki, o ekran işində Mehmet Karahanlının sağ qolu və "Kurtlar Konseyi"nin əsas üzvlərindən biri olan "Kılıç bəy" obrazına həyat verib. 

Oxşar xəbərlər

Saç tökülməsini dayandırmağın YOLLARI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu bitki saçlarınızı daha uzun və daha sağlam edəcək - FOTO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər