Qonşu ölkəyə yaz istiləri gəlir - Bu tarixdən
Far.Az xəbər saytı

Qonşu ölkəyə yaz istiləri gəlir - Bu tarixdən


Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Far.Az xəbər verir ki, bu barədə cümə axşamı, mayın 15-də ölkənin "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.

Onun proqnozuna görə, gündüz şimal rayonlarında bəzi yerlərdə az yağış yağacaq, uzun sürən soyuqdan sonra havanın temperaturu iqlim normasına yaxınlaşacaq.

"Havanın temperaturu rayonlarda 16-18, 14-19 dərəcə isti təşkil edəcək. Cənub küləyi saniyədə 3-8 metr əsəcək. Atmosfer təzyiqi bir qədər yüksələcək və 743 millimetr civə sütunu təşkil edəcək ki, bu da normadan aşağıdır", - deyə Mixail Leus bildirib.

"Telegram" kanalı xəbər verir ki, mayın 16-da bəzi yerlərdə də az yağış yağacaq, temperaturun gecə 9 dərəcəyədək isti, gündüz 20 dərəcəyədək yüksələcəyi gözlənilir.

Oxşar xəbərlər

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər