"Cinsiyyət orqanı tam amputasiya olunub" - Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA
Far.Az xəbər saytı

"Cinsiyyət orqanı tam amputasiya olunub" - Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA


Mayın 15-i saat 00:30-da Xaçmaz rayonunda xəsarət alan 42 yaşlı kişi şəxs rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub.

Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***11:56

Xaçmazda dəhşətli hadisə baş verib. 

Far.Az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Fərzəli-oba kəndində qeydə alınıb. 

Kənd sakini, 41 yaşlı Ş.M cinsi orqanının kəsilməsi, boyun və boğaz nahiyəsindən isə bıçaq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. 

Araşdırmalar zamanı ona xəsarət yetirənin həmkəndlisi Səbuhi Mahmudov olması müəyyən edilib. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məlumata görə, ayın 14-də saat 23 radələrində Xaçmaz rayonunda 31 yaşlı S.Mahmudov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı 42 yaşlı M. Ş-ya kəsici alətlə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, hadisə söyüş üstündə baş verib.

Oxşar xəbərlər

Xaçmazda dəhşətli CİNAYƏT- Cinsi orqanını kəsdi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər