Nazirliyin qəbul otağında məmura hücum edən qazilərə hökm oxundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu sektorunun müdiri Malikə hücum edən şəxslərlə bağlı məhkəmə qərarı elan edilib.
Far.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü Mehrab və 1989-cu il təvəllüdlü Fuad barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq törətmə) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Hər iki şəxs Beyləqan rayonunun Qəhrəmanlı kənd sakini və II Qarabağ müharibəsinin iştirakçısıdır.
Mehrab müharibə zamanı kəllə-beyin travması, Fuad isə bədəninin müxtəlif nahiyələrindən beş güllə və otuz qəlpə yarası alıb. Onlar əlillik dərəcəsi almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini, lakin bu müraciətin rədd edildiyini bildiriblər. Bu səbəbdən 2024-cü il dekabrın 23-də nazirliyə gedərək vətəndaşların qəbulu sektorunun müdiri Maliklə görüşüblər.
Qazilər əlillik dərəcəsinin verilməməsindən və prosesin ləngidilməsindən narazılıqlarını bildiriblər. Məmur isə onlara əlillik dərəcəsinin, qanunvericiliyə əsasən, düşmədiyini və bu statusun verilməsinin mümkün olmadığını deyib.
Bu cavabdan narazı qalan Mehrab Malikə hər iki əli ilə sinə nahiyəsindən zərbə endirərək onu yıxıb. Daha sonra hər iki şəxs qəbul otağında quraşdırılmış kondisioneri və "Zimmer" markalı televizorun ekranını yumruqla sındırıb.
Məhkəmənin hökmü ilə Mehrab və Fuad həbsdə olduqları 25 gün nəzərə alınmaqla, 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlar bu müddət ərzində elektron nəzarət qolbağı ilə müşahidə olunacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi mülki iddia qismən təmin olunub. Məhkəmənin qərarı ilə dəymiş 889 manat məbləğində maddi ziyan Fuaddan tutulacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













