Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb
Far.Az xəbər saytı

Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmadığını bildirib.

Far.Az "Report"a istindən xəbər verir ki, Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.

Ukrayna lideri qeyd edib ki, məhz Rusiya birbaşa danışıqların təşəbbüskarı olub və bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən də dəstəklənib.

"Rusiya tərəfinin iştirak səviyyəsinin aşağı olmasına baxmayaraq, Ukrayna prezidentlər Tramp və Ərdoğana hörmət əlaməti olaraq sülhə sadiq qalmağa davam edəcək", - o bildirib.

Zelenski həmçinin söyləyib ki, görüş Ukrayna, Rusiya, Türkiyə və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli formatda keçirilməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər