Mütəxəssislər bağırsaq problemi zamanı tövsiyə olunan qidaları açıqladı
Far.Az xəbər saytı

Mütəxəssislər bağırsaq problemi zamanı tövsiyə olunan qidaları açıqladı


Qıcıqlanmış bağırsaq sindromu (QBS) qarın ağrısı, qaz, köp və nizam­sız nəcislə xarakterizə olunur.

Far.Az xəbər verir ki, dietoloqlar bu hallarda rasiona aşağıdakı qidaların əlavə edilməsini məsləhət görür:

  • Giləmeyvələr: Malina, qaragilə və çiyələk kimi giləmeyvələr az karbohidratlı, liflə zəngindir və FODMAP səviyyələri aşağıdır. Məsələn, 1 porsiya – 1/3 stəkan malina, 1 stəkan qaragilə və ya 5 orta ölçülü çiyələkdir.

  • Sitrus meyvələri: Portağal və digər sitruslar da az FODMAP tərkiblidir, C vitamini və antioksidantlarla zəngindir. Bir orta ölçülü portağalda 3 qram lif və 63 mq C vitamini olur. Lakin portağal şirəsi və greyfurt yüksək FODMAP tərkibli olduğu üçün tövsiyə edilmir.

  • Laktozasız süd: Laktozasız süd qaz və köp yaratmadan zülal və kalsiumla orqanizmi təmin edir.

  • Kinoa: Aşağı FODMAP səviyyəsinə malik bu taxıl lif və zülalla zəngindir.

  • Quru meyvə və tum qarışığı: Özünüz hazırladığınız qarışıma az FODMAP-lı məhsullar – badam, fındıq, yerfındığı və balqabaq tumu daxil edilə bilər. Ancaq quru meyvələr simptomları ağırlaşdıra biləcəyindən, həkimlə məsləhətləşmədən əlavə etmək tövsiyə olunmur.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Arıqlamağa kömək edən "zərərli" sayılan meyvələr açıqlandı
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Aşağı karbohidratlı pəhriz xərçəngə səbəb ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər