Arıqlamağa kömək edən "zərərli" sayılan meyvələr açıqlandı
Far.Az xəbər saytı

Arıqlamağa kömək edən "zərərli" sayılan meyvələr açıqlandı


Arıqlamaq istəyənlərin tez-tez qarşılaşdığı yanlış inanclardan biri bəzi meyvələrin zərərli olduğu fikridir. Lakin mütəxəssislər əksini deyir – düzgün seçilmiş meyvələr arıqlamağa kömək edə bilər.

Banan – Böyük ölçülü bir bananda təxminən 30 qram karbohidrat və 3,5 qram lif var. Bu meyvə toxluq hissini artırmaqla yanaşı, əzələlərin fəaliyyəti və bədən maye balansı üçün vacib mikroelementlərlə zəngindir.

Üzüm – Bir stəkan üzümdə cəmi 100 kalori var. Su miqdarı yüksək olan bu meyvə, ürəyə faydalı olan və yaşlanmanın qarşısını alan resveratrol adlı antioksidantla da zəngindir.

Manqo – Bir manqoda təxminən 200 kalori olsa da, 5 qram lif, A vitamini və gündəlik C vitamini ehtiyacının 100 faizindən çoxunu təmin edir. Bu da onu pəhriz üçün əlverişli edir.

Qarpız – 90 faizdən çoxu sudan ibarətdir. Aşağı kalorili və bədəni nəmləndirən meyvə sayılır. Bir stəkan doğranmış qarpız cəmi 50-dən az kalori ilə antioksidantlarla zəngindir.

Ananas – C vitamini də daxil olmaqla, müxtəlif antioksidantlar baxımından zəngindir. Bir stəkan ananasda 80 kalori, 2 qram lif və 1 qram zülal var.

Mütəxəssislər bildirir ki, bu meyvələrin pəhrizdən çıxarılması əvəzinə, balanslı şəkildə istifadə edilməsi sağlam və davamlı arıqlamağa kömək edə bilər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İnsanı 24 saat tox tutan MEYVƏLƏR - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər