XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
Far.Az xəbər saytı

XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur


Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur, üçüncü ölkələr onu buna sürükləyir.

Far.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Biz hesab edirik ki, bu yanlış siyasətdir və bölgə üçün əlavə təhdid mənbəyi hesab olunmalıdır. Bütün bu proseslər tərəfimizdən izlənilir, bununla bağlı Azərbaycan və Türkiyə arasında koordinasiya var və mövqeyimiz birdir. Bu qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu beynəlxalq müstəvidə belə davam edəcək. Hesab edirik ki, ölkələrimizin bu siyasəti bölgəyə sülh, əminamanlıq, sabitlik gətirəcək”, - deyə o vurğulayıb.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər