Dünyada qəhvə qiymətləri bir qədər azalıb: Braziliyada məhsul bolluğu gözlənilir
Far.Az xəbər saytı

Dünyada qəhvə qiymətləri bir qədər azalıb: Braziliyada məhsul bolluğu gözlənilir


Dünya bazarlarında qəhvə qiymətləri bir qədər enib. Bu enişə səbəb kimi qlobal ehtiyatların artması və Braziliyada məhsuldarlıqla bağlı nikbin proqnozlar göstərilir.

BAKU.WS "Barchart" nəşrinin məlumatına istinadən xəbər verir ki, cümə günü iyul fyuçersləri üzrə arabika qəhvəsinin qiyməti təxminən 2,5% azalaraq tonuna 8040 ABŞ dolları səviyyəsinə düşüb. Arabika ehtiyatları son üç ayın, robusta ehtiyatları isə son yeddi ay yarımın maksimumuna çatıb.

Eyni zamanda, Starbucks, Hershey və Mondelez International kimi iri ərzaq idxalçıları ABŞ-nin 10 faizlik idxal rüsumunun qiymətləri artıracağını və satış həcmini azalda biləcəyini bildiriblər.

Braziliyada 2025/26 mövsümü üçün qəhvə məhsulu ilə bağlı proqnoz 50 min ton artırılaraq təxminən 168 min tona yüksəldilib. 2024-cü ilin oktyabrında yığım başlamazdan öncə qiymətlər 5 000–5 500 dollar arasında dəyişsə də, noyabrda artmağa başlamışdı.

Braziliyada uzun müddət davam edən quraqlıq məhsulun yetişməsinə mənfi təsir edib və hökumət proqnozu son üç ilin minimum səviyyəsi olan 51,81 milyon kisəyə (təxminən 860 min ton) endirmişdi.

Son günlər qiymətlərə təsir edən əsas səbəblərdən biri də ABŞ Prezidenti Donald Trampın Kolumbiyadan idxal olunan mallara, o cümlədən qəhvəyə əlavə rüsum tətbiq edəcəyini bildirməsidir. Xatırladaq ki, Kolumbiya, Braziliya və Vyetnamdan sonra dünyanın üçüncü ən böyük qəhvə istehsalçısıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər