"Qalatasaray" azarkeşləri ilə alman polisi arasında qarşıdurma: 33 polis yaralandı
Far.Az xəbər saytı

"Qalatasaray" azarkeşləri ilə alman polisi arasında qarşıdurma: 33 polis yaralandı


Almaniyanın paytaxtı Berlində "Qalatasaray" azarkeşləri ilə polis arasında baş verən qarşıdurmada 33 polis əməkdaşı xəsarət alıb.

Far.Az haber global-a istinadən xəbər verir ki, Trendyol Süper Liqada mövsümün sonuna iki tur qalmış çempionluğunu elan edən "Qalatasaray"ın azarkeşləri Berlində küçələrə axışaraq qələbəni qeyd ediblər. Əsasən Kurfürstendamm səmtində toplaşan təxminən 2 min 500 nəfərlik azarkeş qrupu axşam saatlarında təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya girib.

Almaniya mediasının yaydığı məlumata görə, azarkeşlər polislərə müxtəlif əşyalar atıb. Nəticədə 33 polis əməkdaşı xəsarət alıb.

Berlin polisi insidentlə bağlı ictimai asayişi pozma, təhlükəli xəsarət yetirmə, fiziki hücum, müqavimət göstərmə, təhqir və partlayıcı maddələr haqqında qanunun pozulması faktları üzrə araşdırma başlatdığını açıqlayıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Trendyol COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi
Trendyol azərbaycanlı istifadəçiləri üçün "Trendyol ev kolleksiyası""nı təqdim edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər