Trendyol azərbaycanlı istifadəçiləri üçün "Trendyol ev kolleksiyası""nı təqdim edir
Far.Az xəbər saytı

Trendyol azərbaycanlı istifadəçiləri üçün "Trendyol ev kolleksiyası""nı təqdim edir


Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" azərbaycanlı istifadəçiləri üçün məhsul çeşidini genişləndirərək özünün ev kolleksiyasını təqdim edib. 

Azərbaycanda və digər ölkələrdə təqdim olunan "Trendyol ev kolleksiyası" yataq dəstləri, hamam aksessuarları, dəsmallar, masa örtüləri və dekorativ yastıqlar daxil olmaqla, geniş məhsul çeşidlərini təqdim edərək, "Trendyol"un sürətlə böyüyən məişət malları kateqoriyasına əlavə olunub.

Eksklüziv olaraq Türkiyədə istehsal edilən "Trendyol"un ev tekstili malları 100% pambıqdan və  pambıq-polyester qarışığından hazırlanıb.

""Trendyol""un azərbaycanlı istifadəçiləri Novruz bayramı ərəfəsində 100-ə yaxın kateqoriya üzrə 33 min adda ev tekstil məhsulu və ev əşyası seçə bilərlər. 

Trendyol platfromasında tekstil məhsullarından elektronika, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim olunur.

Hazırda Trendyol Azərbaycanda 2 milyondan çox müştəriyə xidmət edir.

Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

Oxşar xəbərlər

Ağalıda torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbulu başlayır
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
XİN: Ermənistan XİN-in hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərlə bağlı bəyanatını rədd edirik
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər