60 yaşdan yuxarı insanlar üçün ən zərərli məhsullar bilinib
Far.Az xəbər saytı

60 yaşdan yuxarı insanlar üçün ən zərərli məhsullar bilinib


60 yaşdan yuxarı insanlar müəyyən qidaları rasionundan çıxarmalıdırlar.

BAKU.WS xəbər verir ki, dietoloqlar "La Nacion" nəşri ilə söhbətdə onların adını çəkiblər.

Məlumata görə, həkim Dan Brennan insanları rafine edilmiş karbohidratlardan qaçmağa çağırıb, çünki onlar qanda qlükoza səviyyəsinin artmasına səbəb olur. Bundan başqa həkim bu sıraya çörəyi də əlavə edib. Bu arada, dietoloq Yael Hasbani ürək və damar xəstəliklərinin, eləcə də spirtli içkilərin beyinə zərər verməsi riskini azaltmaq üçün gündəlik menyuda qırmızı ətin məhdudlaşdırılmasını tövsiyə edib.

Amerika Pəhriz Assosiasiyasının sözçüsü Rut Frehman bildirib ki, suşi və ya az bişmiş yumurta kimi çiy qidalar da ən zərərli qidalar sırasındadır, çünki onları yeyərkən müxtəlif infeksiyalara yoluxma riski var və yaşla orqanizm onlarla mübarizə aparmaqda getdikcə çətinləşir.

Həkim Qabriel Lapman 60 yaşdan yuxarı insanlara qida rasionunda dondurulmuş qidaları məhdudlaşdırmağı tövsiyə edib, çünki onlar dərin emaldan keçirlər, ona görə də onların tərkibində çoxlu duz və konservantlar var.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycanın kənd təsərrüfatının yeni uğuru: Ölkəmizdə bol olan yumurta üstündə dünyada davadır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər