ABŞ səmasında görünən sirli işıq şüası araşdırıldı – səbəbi Çin raketi imiş
ABŞ-nin cənub səmasında görünən parlaq və qəribə işıq zolağı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İlk olaraq təbii kosmik hadisə – nadir müşahidə olunan STEVE fenomeni zənn edilən bu işıq şüasının əslində süni mənşəli olduğu müəyyən edilib.
Far.Az sondakika-ya istinadən xəbər verir ki, hadisə 17 may gecəsi baş verib və işığın görünməsindən təxminən bir saat əvvəl Çin startapı LandSpace Technology tərəfindən "Zhuque-2E Y2" adlı raket buraxılıb. Raketin ikinci mərhələsi təxminən 250 km yüksəklikdə Methalox (maye metan və oksigen qarışığı) yanacağını boşaldıb. Bu proses nəticəsində raket yanacağındakı kimyəvi maddələr ionosferdəki plazma ilə reaksiya verərək ağımtıl parıltı yaradıb.
ABŞ-li astronom Dr. Conatan Makdauell hadisənin səbəbi kimi raketin yanacaq tullantılarını göstərib. Onun sözlərinə görə, bu, adi bir hadisə deyil, lakin daha əvvəl də, məsələn SpaceX raketlərinin buraxılışı zamanı buna bənzər parıltılar müşahidə edilib.
Qeyd edək ki, Methalox yanacağı ekoloji baxımdan daha təmiz sayılır və gələcəkdə Mars missiyaları üçün də istifadə potensialı yüksək qiymətləndirilir.
Hadisə sosial şəbəkələrdə geniş marağa səbəb olub və bir çox istifadəçi görüntüləri "kosmik sirr" kimi qiymətləndirib. Lakin mütəxəssislərin araşdırmaları nəticəsində məlum olub ki, bu, elm və texnologiyanın bir nəticəsidir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













