Kartofları bu cür saxlayaraq cücərmənin qarşısını ala BİLƏRSİNİZ
Kartoflar düzgün şəkildə saxlanmasa, qısa müddət ərzində cücərməyə başlayır və bu, həm sağlamlıq üçün risk yaradır, həm də israfla nəticələnir. Təbii üsullarla kartofların cücərməsi qarşısını almaq mümkündür.
Far.Az xəbər verir ki, kartofların uzun müddət saxlanması üçün aşağıdakı tövsiyələrə əməl etmək məsləhət görülür:
Sərin, quru və qaranlıq yerdə saxlayın: Kartoflar birbaşa günəş işığından uzaq, sərin və quru şəraitdə saxlanmalıdır. Günəş işığı, istilik və rütubət kartofların tez cücərməsinə səbəb olur. Ən ideal şərait 7–10°C temperaturda olan qaranlıq, havalı yerlərdir.
Dəfnə yarpağından istifadə edin: Dəfnə yarpaqları təbii antibakterial və antifunqal xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri sayəsində kartofların filizlənməsini gecikdirə bilər. Kartofların arasına bir neçə ədəd dəfnə yarpağı qoymaq faydalı olacaq.
Hava keçirməyən qablardan uzaq durun: Havasız mühitdə saxlanan kartoflar tez çürüyür və cücərir. Onların hava almasını təmin edən bez torbalarda və ya deşikli qutularda saxlamaq daha məqsədəuyğundur.
Almadan uzaq tutun: Almalar etanol spirti ifraz edir və bu qaz meyvə və tərəvəzlərin daha tez yetişməsinə səbəb olur. Kartofları alma ilə birlikdə saxlamaq cücərməni sürətləndirə bilər. Buna görə, kartofları almadan uzaq saxlamaq məsləhətdir.
Bu sadə və təbii üsullarla kartofların daha uzun müddət təravətli qalmasını təmin edə və israfın qarşısını ala bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dəri geyimləri necə düzgün saxlamaq olar?
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













