Gürcüstandan Rusiyaya kartof ixracı rekord həddə çatıb
Far.Az xəbər saytı

Gürcüstandan Rusiyaya kartof ixracı rekord həddə çatıb


Gürcüstan Rusiyaya kartof ixracını əhəmiyyətli dərəcədə artırıb – apreldə bu sahədə tədarük rekord həddə çatıb.

Far.Az xəbər verir ki, bu barədə "RIA Novosti" Gürcüstanın rəsmi statistika xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, Gürcüstan Rusiya bazarına ümumilikdə 16,3 min ton kartof göndərib ki, bunun da ümumi dəyəri 6,8 milyon dollar təşkil edir.

Müqayisə üçün qeyd edək ki, ötən ilin aprelində Gürcüstan Rusiyaya heç bir kartof göndərməmişdi.

Pul ifadəsində ixrac martla müqayisədə 1,4 dəfə, çəkidə isə təxminən üçdəbir artıb. Rusiya artıq üçüncü aydır ki, Gürcü kartofunun əsas alıcısı olaraq qalır. Bu ilin əvvəlindən bəri Gürcüstan Rusiyaya 42 min ton kartof ixrac edib və bunun qarşılığında təxminən 17 milyon dollar gəlir əldə olunub.

Beləliklə, Rusiya Gürcüstanın kartof ixracında ən böyük bazara çevrilib – ümumi ixracın təxminən üçdəikisi məhz bu ölkənin payına düşür.

Rusiya ilə yanaşı, Gürcüstan kartofunun əsas alıcıları arasında Azərbaycan (20,2 min ton) və Ermənistan (3,4 min ton) da var. Daha az miqdarda isə Qazaxıstan, Türkmənistan, Moldova və Özbəkistan Gürcüstan kartofuna maraq göstərib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər