Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb
Far.Az xəbər saytı

Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb


Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanılıblar.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar.

Onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

PUA ilə ölkəyə narkotik daşınmasının qarşısı alınıb
Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub
Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər