Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir
Far.Az xəbər saytı

Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir


Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Ankara savaşın başa çatması üçün səylərini davam etdirir: "İstanbulda baş tutan müzakirələrdə əsir mübadiləsi kimi məsələlərin gündəmə gəlməsi etimad mühitinin yaradılması üçün əhəmiyyətlidir".

Türkiyə lideri həmçinin qeyd edib ki, rəsmi Ankara Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı məqsədində dəyişiklik etməyib: "Üzvlük prosesinin canlandırılması üçün Aİ konstruktiv mövqe sərgiləməlidir".

Ərdoğan Türkiyə ilə İspaniya arasında ticarət həcminin artırılması istiqamətində səylərin davam etdiyini və iki ölkənin bir çox sahədə, xüsusilə müdafiə sənayesi və nəqliyyatda əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini bildirib.

Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər