Qobustanda iki maşın toqquşub - Xəsarət alan var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qobustan rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "FOTON" markalı yük avtomobili ilə "CHEVROLET" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "FOTON" markalı yük avtomobili yolun kənarına aşaraq sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü - 1989-cu il təvəllüdlü Abdulkərimov Zirəddin Azər oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Şəkidə yol qəzası olub, xəsarət alan var
Müdafiə Nazirliyi: Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - YENİLƏNİB-2
FHN Tovuzda 6 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













