Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
Bu gün səhər saatlarında Fransanın cənub-şərqindəki Sahilyanı Alp (Alpes-Maritimes) bölgəsində irimiqyaslı elektrik kəsilməsi baş verib və Kann şəhəri kinofestivalın bağlanış mərasimindən bir neçə saat əvvəl işıqsız qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, regionun qərb hissəsi irimiqyaslı elektrik enerjisi kəsintisi ilə üzləşib. Enerji xidmətləri fəsadların aradan qaldırılması üzərində işləyir. Səlahiyyətlilər vətəndaşları hərəkət zamanı diqqətli olmağa çağırıb.
KİV yazır ki, elektrik kəsintisi yerli vaxtla səhər saat 10 radələrində başlayıb. Qəzaya səbəb "Enedis" şəbəkəsindəki nasazlıq olub.
İnsident Kann Film Festivalına da təsir edib. Hadisə yerində olan jurnalistlərdən birinin verdiyi məlumata görə, yoxlama prosesi müvəqqəti olaraq dayandırılsa da, sonradan bərpa edilib. Təşkilatçılar Festivallar Sarayında film nümayişlərinin ehtiyat generator sayəsində davam etdirildiyini açıqlayıb.
Kann bələdiyyəsi enerji təchizatının gündüz saatlarında bərpa ediləcəyinə ümid edir. Enerji kəsintisinə görə işıqforlar işləmir, yollarda hərəkəti şəhər polisi tənzimləyir.
Şəhərdə internet də kəsilib. Məlumata görə, internet kəsintisi Kanndan 10 km aralıda yerləşən Antib şəhərini də əhatə edib.
Kann Film Festivalının bağlanış və mükafatlandırma mərasimi bu gün axşam Festivallar Sarayında keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Azərbaycan karateçiləri Almaniyada Avropa çempionatında 9 medal qazanıblar
-
Antonelli "Formula 1"in Kanada Qran-Prisinin qalibi olub
-
Füzuli sakinini ildırım vuraraq öldürüb
-
Rubio: ABŞ Hörmüz boğazının açılışından sonra nüvə probleminin müzakirəsinə hazır olacaq













