Tramp: "Putin odla oynayır"
Far.Az xəbər saytı

Tramp: "Putin odla oynayır"


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin odla oynadığını bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çox sayda pis şeylər gələrdi və mən həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!", - Tramp vurğulayıb.

Xatırladaq ki, mayın 25-də "Reuters" Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında münaqişə başlayandan bəri Ukrayna ərazisinə ən böyük hava hücumunu həyata keçirdiyini xəbər vermişdi.

Başverənlərə münasibət bildirən Tramp Rusiya liderinin hərəkətlərindən narazı olduğunu və onun niyə belə etdiyini bilmədiyini söyləyib. Ağ Evin sahibi vurğulayıb ki, o, həmişə Putinlə anlaşıb, lakin indi o, şəhərlərə raketlər atır və bu, onun narazılığına səbəb olur. Tramp həmçinin Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü açıqlayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər