Dyuro Muqoşa: "Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır"
Far.Az xəbər saytı

Dyuro Muqoşa: "Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır"


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Polşanı məğlub edərək (1:0) növbəti mərhələyə vəsiqə qazanan Monteneqro komandasının futbolçusu Dyuro Muqoşa yarışın keçirildiyi Milli Gimnastika Arenasını xüsusi fərqləndirib.

Far.Az "Report"a istinadən xəbər verir ki, o, açıqlamasında təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.

"Şübhəsiz, Azərbaycan millisi dünya çempionatının favoritidir. Bu komanda çox güclüdür. Təşkilatçılıq gördüyüm ən yaxşı səviyyədədir. Milli Gimnastika Arenası indiyə qədər oynadığım ən möhtəşəm məkandır", - deyə futbolçu bildirib.

D.Muqoşa Polşa ilə matçı da dəyərləndirib:

"Oyun çox çətin idi. Bu indiyədək keçirdiyimiz ən yaxşı matç idi. Qələbə qazandıq, çox yorğunam, çünki güclü komandaya qarşı oynadıq. Yarışda birinci olmaq üçün əlimizdən gələni edəcəyik. Addım-addım irəliləyirik".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Polşa millisinin futbolçusu: "Ümid edirəm ki, növbəti yarışlarda da təşkilatçılıq Azərbaycandakı kimi olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər