Kanadada meşə yanğınları: 17 mindən çox insan təxliyə ediləcək
Far.Az xəbər saytı

Kanadada meşə yanğınları: 17 mindən çox insan təxliyə ediləcək


Kanadanın Manitoba əyalətində baş verən genişmiqyaslı meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilib. Yerli hökumət 17 mindən çox insanın təxliyəsinə qərar verib.

BAKU.WS xəbər verir ki, CBC News-un məlumatına görə, Manitoba əyalətinin Baş naziri Vab Kinyu mətbuata açıqlamasında bildirib:
"Manitoba hökuməti əyalət üzrə meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edib."

Kinyu təxliyə ediləcək şəxslərin sayının 17 minə çatdığını qeyd edərək, Kanada Baş naziri Mark Karneyə müraciət edərək yanğınlarla mübarizədə hərbi dəstək istədiyini də açıqlayıb.

Əyalətdə yaşayan yerli xalqları təmsil edən "Manitoba Keewatinowi Okimakanak" təşkilatının yaydığı məlumatda bildirilib ki, təxliyə edilənlərin əksəriyyəti "First Nations" (İlk Xalqlar) adlandırılan yerli icmaların üzvləridir.

Qeyd edək ki, Manitoba əyalətində yerləşən Whiteshell Eyalət Parkında sürətlə yayılan yanğınlar nəticəsində indiyədək iki nəfər həyatını itirib.

Əyalət Baş naziri Kinyu, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) qorunan ərazilər kateqoriyasına daxil edilən Whiteshell Eyalət Parkında da fövqəladə vəziyyət elan olunduğunu bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər