İranda açılan "Cəhənnəm Parkı" ölkəni qarışdırdı
Far.Az xəbər saytı

İranda açılan "Cəhənnəm Parkı" ölkəni qarışdırdı


İranın Fumen şəhərində İnqilab Keşikçiləri Korpusu (DMO) tərəfindən "Cəhənnəm" mövzulu park istifadəyə verilib. Parkda "Sırat körpüsü", "qəbir əzabı", "Münkər və Nəkir ilə qarşılaşma" kimi bölmələr yer alır. Ziyarətçilər alovlu körpüdən keçərək, qəbir əzabını təmsil edən səhnələrə şahid olurlar.

Far.Az sondakika-ya istinadən xəbər verir ki, bu park ölkədə ciddi müzakirələrə səbəb olub.

İnqilab Keşikçiləri tərəfindən inşa edilən bu parkda cəhənnəm əzabları simvolik formada canlandırılır. Ziyarətçilər, altından alov çıxan bir körpüdən keçir, daha sonra qəbirdəki şəxslərə "zəbaniləri" təmsil edən aktyorlar tərəfindən "əzab verilir". Bu səhnələr vasitəsilə qiyamət və axirət həyatına dair dini inanclar tamaşaçılara vizual formada təqdim olunur.

Fumen şəhərinin İnqilab Keşikçiləri Komandanı Möhsün Cəfəri bildirib ki, bu park Qum şəhərindəki dini nüfuz sahibləri tərəfindən də təsdiqlənib və onların razılığı ilə həyata keçirilib.

Layihənin təşviqi üçün xüsusi Telegram kanalı yaradılıb. Kanalda yayımlanan məlumatlara görə, parkın bir hissəsində ziyarətçilər üçün İranın müasir hərbi texnikasının nümayiş olunduğu sərgi də təşkil edilib.

İran ictimaiyyətində bir çoxları bu layihəyə qarşı çıxaraq, dini inancların bu cür formada təqdim olunmasının etik və sosial baxımdan narahatlıq doğurduğunu bildirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qəbir yerlərinin qiyməti nə qədər olmalıdır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər