İslandiyada genetik xəstəliklər niyə demək olar ki, yoxdur?
İslandiya - 350 min nəfərlik əhalisi olan ada dövləti - genetik tədqiqatlar üçün unikal ölkə sayılır. Onun coğrafi təcridi, əhalinin genetik baxımdan homogen olması və əsrlər boyu qorunan şəcərə sənədləri elm adamlarına nadir imkanlar təqdim edir.
BAKU.WS xəbər verir ki, İslandiya əhalisi azsaylı köçkünlərdən formalaşdığı üçün genetik baxımdan sabitdir. Bu isə genetik xəstəliklərlə bağlı faktorların müəyyən edilməsini asanlaşdırır. Məhz bu səbəbdən alimlər burada nadir genetik mutasiyalarla bağlı yeni məlumatlar əldə edə biliblər. Onların arasında xərçəng, osteoporoz və Altsheymer xəstəlikləri ilə əlaqəli genetik dəyişikliklər də var.
Ölkədə Daun sindromlu körpələrin doğulma faizi demək olar ki, sıfıra düşüb. Bu, doğuşdan əvvəl aparılan genetik analizlərin nəticəsində baş verir. Əgər analiz zamanı Daun sindromu riski aşkarlanarsa və bu diaqnoz təsdiqlənərsə, əksər valideynlər hamiləliyi sonlandırmağa qərar verir. CBS News-un məlumatına görə, İslandiyada bu diaqnoz qoyulan hamiləliklərin demək olar ki, 100 faizi abortla nəticələnir.
Bununla yanaşı, genetik xəstəliklərin ümumi yayılma səviyyəsi aşağı olsa da, İslandiyada bəzi nadir mutasiyalar daha çox rast gəlinir. Məsələn, TM2D3 genindəki mutasiya Altsheymer riskini artırır və bu mutasiya İslandiyada digər Avropa ölkələrinə nisbətən 10 dəfə çox yayılıb. LGR4 genindəki mutasiya isə osteoporoz və bəzi xərçəng növləri ilə əlaqələndirilir və yenə də bu mutasiya islandlar arasında daha geniş yayılıb.
Elm adamları hesab edir ki, İslandiyada aparılan genetik araşdırmalar həm qoruyucu, həm də zərərli mutasiyaların aşkarlanmasına kömək edir. Bu isə gələcəkdə xəstəliklərin daha effektiv şəkildə diaqnostika və müalicə edilməsinə yol aça bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bu gün Beynəlxalq Daun Sindromu Günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













