British Airways-də qalmaqal: Stüard uçuş zamanı narkotik vasitə qəbul edib
İngiltərəyə məxsus "British Airways" aviaşirkətinə aid təyyarədə qalmaqal baş verib. Belə ki, San-Fransiskodan Londonun "Hitrou" hava limanına gedən təyyarədə çalışan stüardın uçuş zamanı narkotik vasitə qəbul etdiyi və çılpaq halda rəqs etdiyi iddia olunub.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı məlumatı "The Sun" qəzeti yayıb.
Bildirilib ki, qalmaqallı hadisə "Airbus A380" tipli ikimərtəbəli təyyarədə baş verib. Uçuşda biznes sinif sərnişinlərinə xidmət etməli olan stüard bir müddət gözdən itib.
Bir müddət sonra onu biznes sinifə aid tualetdə çılpaq halda rəqs edərkən aşkar ediblər.
Digər ekipaj üzvləri həmin şəxsi birinci sinif sərnişinlərə ayrılmış ehtiyat pijamalarla geyindirib və daha sonra onu birinci sinifdəki oturacaqlardan birinə bağlayıblar.
Məlumata görə, stüard uçuşun qalan 10 saat 30 dəqiqəlik hissəsini həmin oturacaqda keçirib.
Hadisə ilə bağlı açıqlama verən London Polisi açıqlayıb ki, 41 yaşlı kişi "xidmətdə olarkən uyğun olmayan vəziyyətdə olmaq" şübhəsi ilə saxlanılıb.
Kabin heyəti uçuş zamanı həmin şəxsin səhhətindən narahat olaraq polisə məlumat verib. Təyyarə endikdən sonra şübhəli şəxs xəstəxanaya aparılıb, ilkin tibbi yardımdan sonra saxlanılıb. Daha sonra sərbəst buraxılsa da, araşdırmaların davam etdiyi bildirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Havada olan təyyarənin tualetində çılpaq halda rəqs edən stüard tutulub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













