Havada olan təyyarənin tualetində çılpaq halda rəqs edən stüard tutulub
Far.Az xəbər saytı

Havada olan təyyarənin tualetində çılpaq halda rəqs edən stüard tutulub


British Airways-ə məxsus təyyarənin biznes klass tualetində stüard çılpaq rəqs edərkən tapılıb.

BAKU.WS The Sun-a istinadən xəbər verir ki, hadisə uçuş zamanı, həmin şəxsin sərnişinlərə xidmət etməli olduğu vaxt baş verib.

O, uçuşdan əvvəl narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinir.

Belə ki, stüardessalar həmkarının itdiyini görəndə təyyarəyə baxış keçirməyə başlayıblar. Ekipaj rəisi kişini tualetdə tapıb və onun vəziyyətini görəndə şoka düşüb - işçi tamamilə çılpaq halda rəqs edirmiş.

Həmkarlarından biri zarafatla deyib ki, təyyarə 37 min fut hündürlükdə olsa da, stüardessa açıq-aşkar "hamıdan yuxarıdadır".

Digər ekipaj üzvləri birinci dərəcəli sərnişinlər üçün nəzərdə tutulmuş ehtiyat pijama ilə işçinin üstünü örtməyə başlayıb. Enişdən sonra ona tibbi yardım göstərilib.

Daha sonra o, təyyarədən endirilib və hava limanı polisinə təhvil verilib. Nəşr xəbər verir ki, hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər