Liseyin qarşısında dava-dalaş salan "parkovşik"ə bu cəza verildi
Bakıda ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Evrika" liseyinin qarşısında qeydə alınıb.
Belə ki, F. Musayev küçəsindəki kioskun qarşısında çay içən şəxslə orada parklanmaya qeyri-qanuni nəzarət edən 1994-cü il təvəllüdlü F. Məmmədov arasında mübahisə yaranıb. Bu zaman sərxoş halda olan F. Məmmədov dəmir parçası ilə qarşı tərəfə hücum edib və səs-küy salaraq ictimai asayişi pozub.
Hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparıblar. O, izahatında bildirib ki, Mayıl adlı şəxs onu kioskun qarşısından qovduğu üçün əsəbiləşərək mübahisə yaradıb.
Barəsində inzibati protokol tərtib edilən "parkovşik"lə bağlı iş Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutkalıq inzibati həbs verilib.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













