Xəzər dənizi ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, İran vətəndaşları saxlanılıb
Xəzər dənizi vasitəsi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İrana məxsus mühərriklə təchiz edilmiş "Yamaha-55" markalı "Layner" tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı sərhəd pozucularının İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb













