Tanınmış hotelin 163 min manatdan çox pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
"Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən Dünyamalı İntizam oğlu Qarayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Far.Az report-a istinadən xəbər evrir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 8 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dünyamalı Qarayev Yasamal rayon prokurorluğunda "Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair aparılan araşdırma nəticəsində həbs olunub.
İttihama görə, o, həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ümumilikdə 163 min manatdan artıq pulu mənimsəyib.
Dünyamalı Qarayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Cinayət işi üzrə "Badamdar Estates" MMC zərərçəkmiş qismində tanınıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













